"Uşaq Hüquqları" aylığı çərçivəsində "Şəxsiyyətin formalaşmasında məktəbin rolu" mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2022-ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. "Uşaq hüquqları aylığı" çərçivəsində 15 noyabr tarixində məktəbin 8"B" və 8"C" sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Məktəbin psixoloqu -Abdullayeva Zümrüd və sosial pedaqoq Hüseynova Esmira şagirdlərə mövzu barədə məlumatlar verdilər. Şagirdlərin bu barədə fikir və düşüncələri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi