Məktəbimizin müəllimi “Qlobal müəllim” adlı beynəlxalq layihədə iştirak edib

Suraxanı rayonu M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Şəfəq Rasim qızı Yusifova Hindistanın Yeni Dehli şəhərində AKS təşkilatının təşəbbüsü ilə keçirilmiş “Qlobal müəllim” adlı beynəlxalq layihədə iştirak edib. AKS mükafatlarının məqsədi Hindistanda və xaricdə təhsil sisteminə əhəmiyyətli töhfələr verən şəxsləri və qurumları tanımaq və mükafatlandırmaqdır.

Dünyanın 100 ölkəsindən qalib gəlmiş iştirakçının qatıldığı layihə beş mərhələdən və 500 ballıq qiymətləndirmə şkalasında ibarət olub.

Tədbirdə dünyanın bir çox ölkələrindən olan nüfuzlu qonaqlarla yanaşı Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfirinin birinci katibi Fəxri Əliyev də iştirak edirdi. Səfər müddətində tədbir iştirakçıları yeni Dehli şəhərində yerləşən bir neçə orta ümumtəhsil məktəbində, o cümlədən “The Mann-school” “Ganga-İnternational School”, “Jawahar Navodaya Vidyalaya School” məktəblərində olub, buradakı tədris prosesi ilə yaxından tanış olub, mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi