“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində məktəbə ləvazimatlar alınmış və avadanlıqlar quraşdırılmışdır

Ötən tədris ilində məktəbdə Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD İB) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində müəllim, valideyn, şagird və icma nümayəndələri ilə Məktəb İnkişaf Şurası yaradılmış, Şuranın qərarı ilə məktəbə qızlar üçün milli geyimlər alınmış, məktəbdə radio qovşağı və elektron zəng quraşdırılmışdı. Layihənin məktəbimizdə uğurla həyata keçirilməsinə görə Elm və Təhsil Nazirliyinə, BŞTİ-yə, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrayıl İsgəndərova, Birliyin əməkdaşlarına, Şuranın üzvləri olan müəllim, valideyn və şagirdlərə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi