Heydər Əliyev Mərkəzinə ekskursiya

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdi. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdı. Tədbir planına əsasən, məktəbdə “Heydər Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Oktyabrın 31-də məktəbin rus dili müəllimi Könül Qurbanova 10"D" sinfi ilə birlikdə Heydər Əliyev Mərkəzinə ekskursiyada oldu. Şagirdlər Azərbaycan gəncliyi, elm və təhsilin hər zaman dəstəkliyicisi olan Ulu öndərin həyat və fəaliyyət illəri haqqında maraqlı məlumatlar topladılar, açıq dərsdə iştirak edərək ulu öndər haqqında fikirlərini bölüşdülər, şeirlər söylədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi