BŞTİ tərəfindən 6 və 9-cu siniflərdə monitorinq keçirilir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1698645312653f4540bef720.20223314.jpg)
Oktyabrın 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 6 və 9-cu sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5-6-cı sinflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edəcək. Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır. Göstərilən dəstəyə görə BŞTİ-nin müvafiq sektorlarının rəhbərliyinə və zəhməti olan bütün əməkdaşlarına təşəkkür edirik.