18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi
Məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir. Oktyabrın 18-də 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş 3-cü sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi.