18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi
Məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir. Oktyabrın 17-da 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş 7-ci sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirildi.