"27 sentyabr Anım Günü" və "8 Noyabr Zəfər Günü" ilə əlaqədar Hərbi Qənimətlər Parkına ekskursiya
Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "27 sentyabr Anım Gününün" və "8 Noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq "27 sentyabr Anım Günü" və "8 Noyabr Zəfər Günü" ilə əlaqədar məktəbin tarix müəllimi Şərif Hüseynov və fiziki tərbiyə müəllimi Şöhrət Mirzəfərli öz 7"T" sinif şagirdləri ilə birlikdə "Hərbi Qənimətlər Parkına" ekskursiya təşkil etdilər.