"FIRST Lego League Explore" turnirində şagirdlərimizin uğuru

16 iyun 2023-cü il tarixində Bakı Avropa Liseyində "FIRST Lego League Explore" (6-10 yaş) Azərbaycan turniri keçirildi. Yarışmada ölkənin müxtəlif regionlarından olan 25 komanda layihələrini təqdim edib. Bu komandalar arasında bizim məktəbimizin 2 "E" sinif şagirdi Əkbər Hüseynli və 2 "Z" sinif şagirdi Elmar Şahverdiyev öz layihələrini təqdim edərək kodlaşdırma üzrə ən yaxşı komanda seçilərək medallarla təltif edildilər. Şagirdlərimizi və onların STEAM müəllimi Esmira Hüseynovanı təbrik edirik və uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi