"eTwinning" layihəsi çərçivəsində Bakıda keçirilən beynəlxalq tədbirdə məktəbimizin müəllimi də iştirak edib

Mayın 15-də "eTwinning" layihəsi çərçivəsində “İnnovasiya və təhsil” adlı beynəlxalq seminar öz işinə başlayıb.

Seminarda Albaniya, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Portuqaliya, Slovakiya və Sloveniyanı təmsil edən 25 təhsil işçisi, müvafiq ölkələrin təhsil nazirliklərinin nümayəndələri, həmçinin ölkə üzrə 8 regiondan ümumilikdə 28 müəllim iştirak edib. "eTwinning" layihəsi çərçivəsində Bakıda keçirilən beynəlxalq tədbirdə məktəbimizin ingilis dili müəllimi Şəfəq Yusifova da iştirak edib.

Seminarın növbəti günlərində İKT-nin təhsilə tətbiqi, layihəəsaslı tədris və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək təlim və panel müzakirələr təşkil olunub. Təlimlər həm xarici, həm də yerli mütəxəssislər tərəfindən keçirilib.

Tədbirin sonunda iştirakçı müəllimlər innovativ öyrənmə metodlarının tədrisdə istifadəsinə yol açan ortaq dərs modellərini “eTwinning” platformasında yaradacaqlar.

Qeyd edək ki, “eTwinning“ layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb və ali təhsil sahələrində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq, ortaq dərs modelləri yaratmaq və Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi