Texnologiya, musiqi və təsviri incəsənət aylığı çərçivəsindən "Milli Azərbaycan mətbəxi" mövzusunda sərgi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. May ayı məktəbdə texnologiya,musiqi və təsviri incəsənət aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq texnologiya müəllimləri Nailə Cəfərova və Liana Qasımova 6"Ə", 6"E", 5"N", 5"C" və 5"B" sinif şagirdləri ilə birlikdə "Milli Azərbaycan Mətbəxi" mövzusunda sərgi keçirtdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi