"Üfiqlərdə doğan günəş" adlı ədəbi-bədii kompozisiya keçirildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdi. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdı. Tədbir planına əsasən, məktəbdə “Heydər Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Mayın 5-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şamama Şəfiyeva və tarix müəllimi Səidə Nəbiyevanın təşkilatçılığı ilə "Üfiqlərdə doğan günəş" adlı ədəbi-bədii kompozisiya keçirildi.

Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi