Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil olunmuşdur

Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək, ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) olan ictimai və mədəni obyektlərin imkanlarından istifadə etmək vacibdir. Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili həyata keçirilir. Mayın 4-də 5 “A” sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Allahverdiyevanın rəhbərliyi altında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ekskursiya etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi