“Heydər Əliyev irsi şagirdlərin düşüncəsində"adlı konfrans keçirildi

29 aprel 2023 - cü il tarixində İ.Məmmədov adına tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ “Heydər Əliyev irsi şagirdlərin düşüncəsində"adlı konfrans keçirildi .

BŞTİ - nin " Dəyərlərimizi qoruyaq " layihəsinin 1.1 bəndinin icrasını təmin etmək məqsədi , 298 nömrəli məktəbin təşkilatçılığı 284,60 ,267,280 , 145 nömrəli məktəblərin iştirakı ilə baş tutan

konfransda məktəb direktorları, ADPU - nin Tarix - Coğragiya fakultəsinin müəllimləri , məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

298 nömrəli məktəbin direktoru Xatirə Hacıyeva qonaqları salamlayaraq konfransı açıq elan etdi və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi ,Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi .

Daha sonra aparıcının təqdimatı ilə

284№-li məktəbin şagirdi Bayramzadə Tərlan

" Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən Azərbaycanlıyam", 267№-li məktəbin şagirdi Rəsulzadə Selcan

" H.Əliyev və Azərbaycan ordusu", 60№-li məktəbin şagirdi Mahmudova Mədinə

" Mən müəllim adından yüksək ad tanımıram", 280 №-li məktəbin şagirdi Hüseynova Mədinə

" Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir",298№-li məktəbin şagirdi Məmmədzadə Fatimə “Gəncliyin böyük himayədarı H.Əliyev,145№-li məktəbin şagirdi Hidayətli Yamil " Dünya ölkələri liderlərinin H.Əliyev haqqında fikirləri" mövzularında çıxış etdilər .

Çıxışçılar dinlənildikdən sonra ədəbi - bədii kompozisiya təqdim olundu .

Bədii hissənin sonunda aparıcı qonaqlara söz verdi .

Konfransın birinci hissəsi yekunlaşdıqdan sonra fasilə elan olundu . Fasilədə konfrans iştirakçıları məktəbin musiqi dərnəyinin hazırladığı mahnı sədaları altında Heydər Əlitev ilinə həsr olunmuş məktəbdaxili rəsm müsabiqəsinin seçilmiş əsərləri ilə tanış oldular.

Saat 13 : 35--də konfransın ikinci hissəsi başladı.Belə ki,məktəbin 3 kabinetində "Ustad dərsləri" təşkil olundu. "Ustad dərsləri" ADPU - nin müəllimləri Taleh Cəfərov tərəfindən "Heydər Əliyev və Azərbaycan diasporu", Cəfər Cəfərov tərəfindən "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi", Dəyanət Musayev tərəfindən" Heydər Əliyevin elm və təhsil siyasəti" mövzularında keçirildi .

Konfrans məktəbin akt zalında yekunlaşdı, çıxışçı və iştirakçı şagirdlərə sertifikatlar təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi