"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Valideynin məktəbdə bir günü" layihəsi keçirilir

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması və BŞTİ- nin 18.04.2023-cü il tarixli müvafiq əmrinin icrasının təmin edilməsi məqsədilə aprelin 27-də Bakı şəhəri 280 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Tədbirin rəsmi hissəsini məktəbin direktoru Nəsimi Quliyev açaraq təhsil müəssisəsi haqqında təqdimatla çıxış edərək 2022-2023-cü tədris ilində görülmüş işlərin hesabatını verdi. Valideynlərin rəy və təklifləri dinlənildi. Sonra valideynlər məktəbin birinci növbəsində fəaliyyət göstərən 1,4,7-11-ci siniflər olmaqla dərslərdə iştirak etdilər. Dərslərdən sonra valideynlərin dinlədikləri dərslər haqqında təəssüratları dinlənildi. Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında bədii hissə təqdim olundu. Həmçinin "Məktəblinin dostu" layihəsinin psixoloqu Nərmin Abbasova çıxış edərək valideynləri maraqlandıran sulları cavablandırdı. Valideynlər məktəbdən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi