Məktəblinin dostu" layihəsi çərçivəsində 9-cu sinif şagirdləri üçün “Düzgün ixtisas seçimi və karyera” mövzusunda təlim keçirilib

Məktəblinin dostu" layihəsi çərçivəsində Bakı şəhəri 280 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri üçün “Düzgün ixtisas seçimi və karyera” mövzusunda təlim keçirilib.

Təlim zamanı düzgün ixtisas seçimi üçün nələrə diqqət olunmalıdır, müasir dövrün ixtisasları hansılardır, dövlətin ölkəmizdə və xaricdə təhsil üçün yaratdığı imkanlar və uğurlu karyeranı necə qurmalı mövzusunda söhbət aparılıb. Şagirdlərə təhsil almaq istədikləri ixtisaslar və universitetlər barədə məlumat verilib.

Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi