Məktəblilərinin iştirakı ilə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə toplantı keçirildi

Martın 16-da məktəbin Fəaliyyət Planının 1.3. 5-ci bəndinə uyğun olaraq yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə 10-cu sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi və sinif rəhbərləri ilə yanaşı yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor polis baş leytenantı Elxan Abdullayev də iştirak edirdi. İclasda yetkinlik yaşına çatmayanların cinayətə meylliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında məlumat verildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi