"İdman həftəsi" layihəsi çərçivəsində şagirdlər arasında təqdimat müsabiqəsi keçirildi
Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur. "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 3-də fiziki tərbiyə müəllimi Şöhrət Mirzəfərli və tərbiyə işləri üzrə direktor müavini Şəhla Abdullayeva VII-XI siniflərdə "İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları" mövzusunda təqdimat müsabiqəsi keçirdi.