Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində Cəlil Məmmədquluzadənin ev muzeyinə ekskursiya

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərs dinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi Şamama Şəfiyeva 10"B" və 10"C" sinif şagirdləri ilə birlikdə Cəlil Məmmədquluzadənin 145 illik yubleyi ilə bağlı ev muzeyini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi