"Ailəvi oxu aylığı"nda mütaliə günü

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq fevralın 23-də "Valideyn birliyi -məktəbin yeniliyi " IV Qrant layihəsinin davamlılığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Allahverdiyeva V "A" sinfinin valideynləri ilə "Ailəvi oxu aylığı"nda mütaliə günü keçirib . Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin mövzu və ideyaları ətrafında valideyn - şagird cütlükləri fikir mübadiləsi aparıb. Məqsəd valideynlərin təhsil prosesinə cəlb olunması ilə bu istiqamətdə şagirdlərdə mütaliəyə olan maraq və vərdişin formalaşmasına nail olmaqdır. Tədbirdə uğurla iştirak edən valideyn -şagird cütlükləri layihənin sertifikatları ilə təltif olunub. İstedadlı şagirdlər öz ifaları ilə bədii hissəyə rəng qatıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi