"Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" mövzusunda sinif saatları keçirilir

Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərimiz həyata keçirilir. Tədbirlər Planına müvafiq olaraq fevralın 24-də 6"A" sinfində məktəbin coğrafiya müəllimi Sevda Əhmədovanın rəhbərliyi ilə sinif saatı keçirilmişdir. Dərs zamanı sinif rəhbəri Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verdi. Şagirdlər Vətənə,topağa aid şeirlər səsləndirib və hazırladıqları rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi