İlk dərslər Xocalı soyqırımına həsr olundu

Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının 31-ci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərimiz həyata keçirilir. Tədbirlər Planına müvafiq olaraq fevralın 24-də ilk dərslər Xocalı soyqırımına həsr olundu. Dərs zamanı müəllimlər Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verdi. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib və hazırladıqları rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi