"M.F.Axundzadə - əlifba islahatçısı" adlı əbədi-bədii kompozisiya keçirildi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq fevralın 21-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Billur Məmmədova 6"Z" və 6"Ç" sinif şagirdlərin rəhbərliyi ilə "M.F.Axundzadə - əlifba islahatçısı" adı altında tədbir keçirildi. Ana dili millətin özünə məxsusluğunu qorumaqla yanaşı, tərcümə vastəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.Məhz bu səbəbdən bugünkü tədbir əlifba islahtçısı, eyni zamanda Azərbaycan ədəbiyyatında dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadəyə həsr edilmişdi. Şagirdlər dramaturqun həyatı,ictimai fəaliyyəti,lirikası və dramaturgiyası ilə bağlı məlumatları təqdim edib, əsərləri səhnələşdirmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi