Siniflərə Şəhid adları verilir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq məktəbimizdə nümunəvi siniflərə şəhidlərin adları verilməkdə davam edir. Fevralın 17-də sinif rəhbrəri Sürəyya Alməmmədovanın təşkilatçılığı ilə 7"A" sinfində sinif saatı keçirilərək şəhid Füzuli Bayramov yad edildi və həmin sinfə şəhidin adı verildi. Tədbirdə Şəhidin valideynləri, məktəbin müəllim və valideyn kollektivi iştirak edirdilər.
Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!