“Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiya

Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək, ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) olan ictimai

və mədəni obyektlərin imkanlarından istifadə etmək vacibdir. Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili həyata keçirilir. Fevralın 2-də 5 “Ç” sinif şagirdləri Azərbaycan dili fənnindən "Atəşgah" mətninin tədrisi zamanı Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiyada olmuşdular. Ekskursiya Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən məktəbin direktoru N. Quliyev və sinif rəhbəri S. İsmayılzadə tərəfindən təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi