20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət

Elm və təhsil nazirinin 2023-cü il 10 yanvar tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na və məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq 19.01.2023-cü il tarixdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı tarix müəllimi Şərif Hüseynov və fiziki tərbiyə müəllimi Şöhrət Mirzəfərli 8"Z" və 7"B" sinif şagirdləri ilə birlikdə "Şəhidlər Xiyabanını" ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi