20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş voleybol turniri keçirilib
Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq 18.01.2023-cü il tarixdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş 9-10-11-ci sinif şagirdləri arasında voleybol turniri keçirildi.