Tarix-coğrafiya aylığı çərçivəsində dəyirmi masa keçirilidi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Yanvar ayı məktəbdə tarix və coğrafiya aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq yanvarın 16-da məktəbin coğrafiya müəllimi Nahidə Feyziyeva 7"C" sinfində "Azərbaycanın işğaldan azad olunmuş rayonlarının təbii-coğrafi mövqeyi" mövzusunda dəyirma təşkil etdi. Tədbirdə məktəb rəhbərliyi və metotbirləşmə sədri də iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi