Siniflərə Şəhid adları verilir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq məktəbimizdə nümunəvi siniflərə şəhidlərin adları verilməkdə davam edir. Dekabrın 20-də ibtidai sinif müəllimi Məhbubə Daşdıyevanın təşkilatçılığı ilə 3"Z" sinfində sinif saatı keçirilərək Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov yad edildi və həmin sinfə şəhidin adı verildi. Fəxri Xiyabanda Polad Həşimovun məzarını ziyarət edən şagirdlər qəhrəmanın həyatından danışaraq şeirlər səsləndirdilər. Tədbirdə məktəbin müəllim və valideyn kollektivi iştirak edirdilər.

Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi