Heydər Əliyev muzeyinə ekskursiya
Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlərin həyata keçırılməsinə start verilmişdi. Dekabrın 15-də 2"Ç" sinif şagirdləri Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev muzeyində və Azərbaycan Mülki Aviasiya Muzeylərində oldular.