"Gözəl xətt" müsabiqəsi keçirilir
Məktəbin illik Fəaliyyət planının 1.1.2.6-cı bəndinə uyğun olaraq şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması və düzgün yazı vərdişlərinin aşılanması məqsədi ilə bu gün təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Rüstəmovanın rəhbərliyi ilə 3-cü sinif şagirdləri arasında "Gözəl xətt" müsabiqəsi keçirilmişdir. Müsabiqə zamanı şagirdlərə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Billur Məmmədova tərəfindən yoxlama imla yazdırılmışdır.