Monitorinqlərin nəticələri təhlil olunur
Məktəbin illik Fəaliyyət planının 1.1.3. 3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə dekabr ayında 9-cu siniflərdə sınaq test imtahanı keçirilmişdir. Buraxılış imtahanlarına uyğun aparılmış monitorinqlərin, eləcə də BŞTİ tərəfindən keçirilən ilk sınaq imtahanının nəticələri dekabrın 14-də bütün buraxılış sinif şagirdlərinin və onların fənn müəllimlərinin iştirakı ilə müzakirə olundu və oktyabr, noyabr, dekabr aylarında kerçirilən monitorinqlərin nəticələri müqayisəli şəkildə təhlil edildi.