Riyaziyyat-informatika aylığında nümunəvi dərslər keçirilir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Dekabr ayı məktəbdə riyaziyyat və informatika aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına və məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə uyğun olaraq gənc müəllim –peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması, gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması, yaradıcı işə meylin gücləndirilməsi məqsədilə nümunəvi dərslər təşkil olunur. Dekabrın 14-də məktəbin riyaziyyat müəllimi Samirə Səlimaova aylıq çərçivəsində 8"C" sinfində "Üçbucağın orta xətti" mövzusunda nümunəvi dərs keçmişdir. Dərsdə məktəb rəhbərliyi ilə yanaşı gənc və təcrübəli müəllimlər də iştirak edirdilər. Sonda keçirilən dərsin müzakirəsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi