"Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının məktəb mərhələsi keçirilir

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının məktəb mərhələsi keçirilir.

Müsabiqə-festivalın məqsədi uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaq, N.Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, dahi şairin əsərlərinə musiqi əsəsrləri yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək, onlara dahi Nizami Gəncəvi irsini sevdirmək və tanıtmaqdan ibarətdir.

Müsabiqə-festival respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) 11-17 yaş arası istedadlı şagirdləri (11-14 yaş və 15-17 yaş) arasında iki yaş qrupunda keçirilir. Müsabiqə-festival çərçivəsidə “Xəmsə” musiqidə, “Xəmsə” bədii qiraətdə, “Xəmsə” dramda, “Xəmsə” təsviri sənət və dekorativ tətbiqi-sənətdə və “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” inşa müsabiqələri keçiriləcəkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi