Zəfər Gününə həsr olunmuş şahmat yarışları keçirildi

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "8 Noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq noyabrın 5-də məktəbin şahmat müəllimləri U.Məmmədova İ.Ələsgərova və L.Qasımova 3-4-cü sinif şagirdlər arasında şahmat yarışması keçirtdilər. Daha sonra Zəfər Gününə həsr olunmuş turnirin qalib şahmatçıları Fəxri Fərmanlarla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi