Zəfər Gününə həsr olunmuş "İcma əsaslı məktəbəqədər təhsildə" uşaqların tədbirləri
Zəfər Gününə həsr olunmuş "İcma əsaslı məktəbəqədər təhsildə" uşaqların tədbirləri.
Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "8 Noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq noyabrın 3-də Zəfər Gününə həsr olunmuş "İcma əsaslı məktəbəqədər təhsildə" uşaqların tədbirləri keçirildi.