"Əhməd Cavad, Bir millətin ruhu" sənədli filminin 8-ci siniflər arasında nümayişi keçirildi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, noyabrın 2 -də məktəbin akt zalında "Əhməd Cavad, Bir millətin ruhu" sənədli filminin 8-ci siniflər arasında nümayişi keçirildi.

Qeyd edək ki, “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında məktəbliləri məlumatlandırmaq əsas məqsədlərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi