“Zəfər tarixi” adlı konfrans keçirildi

“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə uyğun olaraq noyabrın 1-də məktəbdə “Zəfər tarixi” konfransı keçirildi. Konfransın iştirakçıları məktəbin tarix müəllimləri və 9-cu sinif şagirdləri idi. İnteraktiv şəkildə və müzakirələr əsasında keçirilən konfrans 2 (iki) mərhələdə təşkil olunmuşdur. I mərhələdə məktəbin “Zəfər tarixi” fənnini tədris edən müəllimləri 9-cu sinif şagirdlərinin iştirakı ilə təhsilalanların Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədlərinə xidmət edən interaktiv dərs keçdilər. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq, müzakirələr təşkil edildi. İnteraktiv dərsdə məktəb rəhbərliyi və digər tarix müəllimləri də iştirak edirdilər. II mərhələdə məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil edildi. Konfransda məktəbdə “Zəfər tarixi” fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı və s. istiqamətlərdə müzakirələr aparılaraq şagirdlərin təqdimatları və çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi