STEAM layihəsinin yekunu ilə əlaqədar elmi-praktiki tədbir

4 iyun 2022 -ci il tarixdə məktəbimizdə möhtəşəm bir tədbir keçirildi .Tədbirdə artıq 1 ilə yaxın 6-cı siniflərdə start götürmüş STEAM layihəsi çərçivəsində şagirdlərimizin düzəltdikləri eksponatların sərgisi təşkil olunmuşdu .Məktəbimizin texnologiya müəllimlərinin şagirdlərlə birgə düzəltdikləri bir -birindən gözəl və maraqlı əl işləri,şirniyyatların da tanıtımı baş tutdu .Eləcə də fizika müəllimlərimizin təlimatları ilə şagirdlər tərəfindən düzəldilmiş qurğular hamının ,ilk növbədə qonaqların böyük marağına səbəb oldu .Tədbirə baxış məqsədilə qəsəbədə yerləşən digər məktəblərdən müəllimlər ,YAP Suraxanı Rayon Təşkilat sədri Vüqar Seyidov və bir sıra fəxri qonaqlar dəvət olunmuşdular .Qurğuların hazırlanması mərhələləri ilə maraqlanan qonaqlar şagirdlərə gələcək fəaliyyətləri ilə bağlı tövsiyyələr edib ,uğurlar dilədilər . Sərgini eyni zamanda izləyicilər üçün əyləncəli edən məhz məktəbimizin şagirdləri- gənc istedadlar oldu .Gözəl rəqsləri ,ifaları ilə hamının ruhunu oxşadılar .

Məktəbimizin yaxın gələcəkdə də tez -tez belə böyük miqyaslı tədbirlərə imza atacağına əminik .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi