Məktəbimizdə "Əziz Şuşa sən azadsan! tədbir keçirildi

  26 may 2022-ci il tarixində məktəbimizdə "Əziz Şuşa sən azadsan!" möhtəşəm tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov,RİHb-nin müavini Fuad Cəbrayılov,Respublikanın əməkdar artisti,ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov,Şəhid ailələri,qazilər iştirak etmişlər.Tədbirdə milli-mənəvi dəyərlərimizi özündə yaşadan,tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın,o cümlədən Şuşanın zəngin mədəniyyətini,tarixini təbliğ etmək və yetişməkdə olan gənc nəsilə çatdırmaq məqsədilə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Şamama Şəfiyevanın rəhbərliyi ilə hazırlanan bədii hissə şagirdlərin möhtəşəm təqdimatında nümayiş olundu.Sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova söz verildi,çıxışında bildirdiki Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkandır.Sonda məktəbimizin direktoru Nizami Niftiyev gələn qonaqlara öz münnətdarlığını bildirdi və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi