"Narkomaniyaya yox deyək"

Bu gün məktəbimizdə Hərbi hazırlıq müəllimi Allahverdi müəllim və Azərbaycan dili-ədəbiyyat müəllimi Zərif müəllimin təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbir təşkil edilmişdir. Tədbirdə başda məktəbin direktoru Nizami müəllim olmaqla məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak etmişdir. Tədbirdə Narkotik maddələrin zərərləri, həm narkotik istifadəçilərinin öz sağlamlıqlarına, həyat tərzinə eləcə də onların yaxınlarına göstərdiyi mənfi təsirlər haqqında məlumat verildi. Tədbirin sonunda məktəbin direktoru Nizami müəllim çıxış edərək tədbirin hazırlanmasında əziyyəti keçən kollektivə öz minnətdarlığını bildirmiş, həmçinin narkotik vasitələrin insan sağlamlığına zərərləri barədə öz tövsiyələrini vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi