"Zəfərin mübarək Azərbaycan!"

Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki,eşitmək bizə nəsib oldu.30 illik yuxularımız gerçəyə çevrildi.Müzəffər ordumuz 44gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı.Ali Baş Komandanın qətiyyətli mövqeyi,Azərbaycan əsgərinin rəşadəti,xalqımızın birliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
    Bu əlamətdar gün ilə bağlı məktəbimizin “4A” və “8B” sinif şagirdləri tədbir təşkil etmişdilər.Tədbir rəhbərləri Məmmədova Ulduz və Səfixanova Afət müəllimdir.Bu tədbirdə əməyi olan hər kəsə minnətdarıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi