11-13 Oktyabr 2021-ci il tarixində keçirilən "eTwinning Plus" layihəsi

Ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir.Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq,birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

   Məktəbimiz 2017-ci ildən “eTwinning Plus” layihəsinə qoşulub.2018-ci ildən layihələrin aktiv tətbiqinə başlanılıb.Üç layihə işlənilib.2018/2019-cu təhsil ilində “5ə”sinfi ilə bir layihə,2019/2020-ci təhsil ilində isə  “6ə”sinfi ilə  iki layihə işlənilib.Hər üç layihə “Milli Keyfiyyət Nişanı” və “Avropa Nişanı” alıb.Məktəbimiz “eTwinning məktəbi” nominasiyasına namizədliyi irəli sürülüb.

     Suraxanı rayonu M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Şəfəq Yusifova “eTwinning Plus” layihəsi xətti ilə artıq ikinci dəfədir ki,ikitərəfli eTwinning seminarında iştirak edir.

       11-13 Oktyabr tarixlərində “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında “Media savadlılığı və dezinformasiya”mövzusunda ikitərəfli seminar təşkil olunmuşdur.Bu seminarda hər iki ölkədən 80 müəllim iştirak edib və onlar arasında 40 yeni layihə imzalanıb təsdiq olunub.

       Seminar çərçivəsində Azərbaycan və Türkiyədən olan müəllimlər üçün media savadlılığı,dezinformasiya qarşısının alınması,rəqəmsal bacarıqlar,layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi