1 Mart Mülki Müdafiə günüə həsr olunub.

M. Mehdiyev adına 280 nömrəli məktəbdə 1 Mart Mülki Müdafiə günü ilə əlaqədar açıq dərslər keçirildi. Şagirdlər fövqəladə hallarla bağlı görüləcək işlər və atılacaq addımları müzakirə etdilər. Baktereoloji, kimyəvi və nüvə silahı haqqda şagird mühazirələri dinlənildi. Şagirdlər əleyhqazlarla və sair köməkçi vasitələrlə işləmək qaydalarını nümayiş etdirdilər.

Tədbirdə məktəbin direktoru Nizami Niftiyev, hərbi rəhbəri Nəcəfov Allahverdi, dərs hissə müdirləri, tibb bacisi, təşkilatçı müavin və sinif rəhbərləri iştirak etdilər.

Məktəbimizin riyaziyyat müəlliməsi Səlimova Samirə 6c sinfində "Milli iqtisadiyyatın qorunmasında yönəlmiş güclü mülki müdafiə" mövzusunda nümunəvi dərs keçirdi.

Şagirdlər mülki müdafiənin məqsəd və vəzifələrindən, fövqəladə hadisələr zamanı görüləcək profilaktik tədbirlərdən danışdılar.

Bakterioloji, radiaktiv vasitələr və zəhərləyici maddələrlə zədələnmələr zamanı özünə yardım göstərmək qaydaları haqqında söhbət aparıldı.

Mülki müdafiənin milli iqtisadiyyatımızın qorunmasındakı rolu vurğulandı.

Tədbirlər zamanı şagirdlərə müxtəlif mövzularda məlumatlar verildi və dərslər keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi