Qarabağ Azərbaycandır!

Vətən müharibəsi mövzusunda şagird təqdimatlarımız və inşa müsabiqələrimiz davam edir. Qələbə əzmiylə yaşayan xalqımız kiçikdən böyüyədək ürəyində illərdir saxladığı Qarabağ sevgisini ifadə etməyə çalışır. Şagirdlərimizin Vətən sevgisi bu sətirlərdə nə qədər təbii və səmimi səslənir.

Qarabağ Azərbaycandır. Azərbaycan Vətənimizdir!

 

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

İkinci Qarabağ müharibəsi- Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Müharibənin səbəbi Ermənistanın atəşkəs rejimini pozub Azərbaycana hücum etməsi və Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlaması idi.

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşdü. Əvvəla ona görə ki xalq Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafına sıx birləşib. 50 000-dən çox insan Qarabağın işğaldan azad olunmasında könüllü kimi iştirak etmək üçün ərizə ilə müraciət edib. Şübhəsiz, İkinci Qarabağ müharibəsində qələbəyə görə bizim veteranlar xüsusi qürur hissi keçirirlər. Axı neçə illərdi ki, Qarabağdan söhbət düşəndə bu veteranlar onu ürəkağrısı və acı xatirələrlə yad edirdilər.Əlbəttə, bu döyüşlərdə qazanılan uğur hərbi əməliyyatların planlaşdırılmasından asılı idi.Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin həm müasir Azərbaycan Ordusunun yaradılması üzrə çoxillik mürəkkəb iş dövründə, həm də Qarabağda ermənilər tərəfindən işğal olunmuş ərazinin azad edilməsi üzrə bu il sentyabrın 27-dən başlayaraq, bilavasitə hərbi əməliyyatlar dövründə son dərəcə məsul qərarlar qəbul edərkən göstərdiyi mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda Qarabağda gedən döyüşlərdə tarixi dönüş baş verdi.

Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır.Hər bir şəxs mərdliyin,cəsarətin zirvəsinə yüksəldikcə qəhrəmana çevrilir.Bu qəhrəmanları tanımaq hər birimizin borcudur.

Vətən müharibəsinin ilk və yeganə qadın şəhidi Arəstə Baxışova 4 may 1989-cu ildə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında tibbi statist vəzifəsində çalışıb. Daha sonra tibbi kurs keçib və Beyləqandakı hərbi hissədə işə başlayıb. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüş bölgəsinə yollanır.Yaralı əsgərlərimizin həyatını xilas edir.Oktyabrın 23-də növbəti dəfə yaralı əsgərimizi atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından qəhrəmancasına şəhid olur.

Vətən müharibəsinin Dəmir Qanadlı Qəhrəmanı, hərbi pilot Ramiz Qasımov 1975-ci ilin fevralında Beyləqanda anadan olub. Uşaqlıqdan hərbə, xüsusən də təyyarələrə marağı olmuşdur. Ömrünün 27 ilini Azərbaycan Respublikasında xidmətdə keçirib. Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətə görə medal və diplomlarla təltif olunur. O, illərdir, Qarabağı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Sentyabrın 27-də polkovnik-leytenant arzusuna çatır. Düşmənin bir neçə zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv edir. Uğurlu əks-hücum əməliyyatından geri dönərkən düşmənin hədəfinə tuş gəlir və helikopteri vurulur. Helikopteri paraşütlə tərk etməyə nail olsa da, başından ağır zərbə alır. 25 gün komada qalır və qəhrəmancasına şəhid olur.

Vətən Müharibəsindəki qələbəmizdə payı olan əsas şəxslərdən biri,bizə qələbəni yaşatsa da,özü şəhid olan Babək Səmidli. 1974-cü il yanvarın 7-də Göyçay rayonunda dünyaya gəlib.1993-cü ildə Türkiyə Quru Qoşunları məktəbinə daxil olur. 25 yaşında Azərbaycan Ordusunda taqım komandiri kimi xidmətə başlayır.2016-cı ildə Aprel döyüşləri zamanı Talış istiqamətindəki şiddətli döyüşlərdə iştirak edib. 27 sentyabr başlayan Vətən Müharibəsində ön cəbhədəki döyüşlərdə iştirak edib. 23 noyabrda Babək Səmidli düşməndə qalan şəhidlərimizin nəşlərini dəyişdirən zaman minaya düşərək şəhid olur.

Xüsusi Təyinanatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. Ümumilli lider Heydar Əliyev polkovnik rütbəsini şəxsən təqdim etmişdi. 2016-cı il Aprel döyüşləri zamanı aparılan əməliyyatlara rəhbərlik edənlərdən biri olub. Vətən Müharibəsində onun rəhbərlik etdiyi heyət torpaqlarımızın işğaldan azad edilməsində böyük qəhrəmanlıqlar göstərir. 10 dekabrda Vətən Müharibəsinə həsr olunmuş Zəfər paradında Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları tribuna önündən keçiblər. Üç kalondan ibarət parad H.Mirzəyev başçılıq edib.

Onun adı Vətən Müharibəsi tarixinə General Polad Həşimovun qisasını alan əsgər kimi yazıldı. Elə Polad Həşimovun yanında dəfn olunan Dövlətzadə Cəbrayıl 2001-ci il 11 sentyabr Sumqayıtda anadan olub. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. 2020-ci ilin Tovuz hadisələri zamanı Polad Həşimovun şəhid olma xəbəri onu sarsıdır. Generalın qisasını alacağına söz verir. Müharibənin ilk günlərindən xüsusi təyinatlı kimi döyüşlərə qatılır.Ermənilərin 1 generalını məhv edir, polkovnikini isə əlləri ilə boğaraq öldürür. Verdiyi sözü tutub, Polad Həşimovun qisasını almış olsa da, özü də qəhrəmancasına şəhid olur.

Şəhid olmamışdan 2 gün əvvəl “Vətən yaxşıdır” ifası ilə məşhurlaşan Xudayar Yusifzadə 1998-ci il Bərdənin Qazıqurdalı kəndində dünyaya gəlib. İkinci Qarabağ Müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşüb. Xudayar Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə ağır yaralanaraq şəhid olur.

Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəyli 4 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yəngicə kəndində dünyaya göz açmışdır. Hələ uşaq vaxtlarından Turqut vətənə, torpağa olan sevgisi ilə öz həmyaşıdlarından xeyli seçilirdi. Vətən Müharibəsi başlayan gündən Füzuli rayonu istiqamətində gedən döyüşlərə qatılır. Az bir müddət ərzində T.Xəlilbəyli dəfələrlə yaralı əsgər və zabitlərimizi döyüş zonasından çıxararaq onları xilas edir. Can qurtaran həkimimiz vətən uğrunda öz canını fəda edir.

Müharibədə iştirak edən hər kəs qəhrəmandır. Əsgərlərimizin həyatını xilas edən həkimlər, ön cəbhəyə yardım göndərən insanlar, informasiya müharibəsində gecə-gündüz çalışanlar, ürəyində qəlpə ola-ola “Canım qurban bu vətənə” deyən əsgərlər, yırtıq ayaqqabı ilə ASAN Xidmətə gəlib təqaüdünü əsgərlərə hədiyyə edən qoca kişi. Və nəhayət yumruq kimi birləşmiş 50 milyon azərbaycanlı ona dəstək olan qardaş ölkələr. Biz qəhrəman xalqıq ! Biz qalib xalqıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi