Qarabağ Azərbaycandır!

Vətən müharibəsi mövzusunda şagird təqdimatlarımız və inşa müsabiqələrimiz davam edir. Qələbə əzmiylə yaşayan xalqımız kiçikdən böyüyədək ürəyində illərdir saxladığı Qarabağ sevgisini ifadə etməyə çalışır. Şagirdlərimizin Vətən sevgisi bu sətirlərdə nə qədər təbii və səmimi səslənir.

Qarabağ Azərbaycandır. Azərbaycan Vətənimizdir!

 

“Zəfər paradı,düşmənə göz dağı”

 

Hamımız bilirik ki,Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağ və ətraf əraziləri erməni tapdağı altında idi.Tarixi vərəqləyəndə şahidi oluruq ki,heç bir müharibə qansız,itkisiz,şəhidsiz və itkinsiz keçməyib.Eramızdan əvvəl və hal-hazırda bütün dövlətlərdə vətən müharibələrinin şahidi oluruq.Vətən müharibəsində,işğalçıya qarşı savaşanda insan daha fərqli olur.Hamı bir olur....Vətən müharibəsində də iştirak etməyə gedən hər bir əsgər –“Hər şey vətən üçün”,”Hər şey vətən naminə”-deyirdilər.Çünki onların yeganə məqsədi var idi-“Torpaqlarımızı işğaldan azad etmək”.Bu vətən müharibəsində də hamı bu sözləri deyərək yumruq kimi birləşmişdi.Eyni ilə 30 ildir həsrətində olduğumuz Qarabağın işğalından azad olunmasına yönələn fəaliyyətimizin adı “Dəmir yumruq”kimi.Bu vətən müharibəsində qəhrəmanlarımız,igidlərimiz sayəsində Azərbaycan Ordusu erməni silahlı qüvvələrini darmadağın etdi.Onların sayəsində biz bu gün deyirik,gülürük.Düzdür bir gözümüz yaçlı olsada....Azərbaycan xalqı bəlkə də yeganə xalqdır ki,bu ili sevinclə,fərəh və qürur hissi ilə tarixinə yazıldı.Bu il məğlubiyyətlərimizin zəfərlə başa çatması,igid türk oğlu adının bərpası oldu.Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi-“Hamıya sübut etdik ki,Azərbaycan xalqını əzmək,alçaltmaq olmaz”.30 ilə yaxın bir dövr ərzində işğal altında olan torpaqlarımızı azad edən ordumuz öz zəfər paradı ilə Cənubi Qafqazda ən güclü,yenilməz ordu olduğunu dünyaya sübut etdi.Bakının Azadlıq meydanı çox hadisələrin şahidi olub.İlk dəfə burada 1988-ci ildə meydan hərəkatları olub.

İnsanlar bu meydanda yalnız azadlıq istəyirdilər.

Zəfər paradından öncəki hərbi paradda İlham Əliyev demişdi ki,burada növbəti dəfə Qələbə paradı keçriləcək,Şuşaya sancılan bayraq buraya gətriləcək.Doğrudan da belə oldu.Ali Baş Komandan söz verdiyi kimi etdi... 10dekabr düşmənə göz dağı olan “Zəfər paradı”keçrildi.Bu parad əbədiyyən yaddaşlarda qalacaq.Bu paradda Türkiyə və Azərbaycan qardaşlığının əbədi olması bir daha təsdiq olundu.

Əvvəlcə Prezident İlham Əliyev danışdı və o ilk öncə şəhidlərimiz üçün 1dəqiqəlik sükut olmasını söylədi.Və biz bu 1dəqiqəlik sükut zamanı şəhidlərimizin müharibədə göstərdiyi şücaəti,qəhrəmanlığı xatırladıq...İlham Əliyev daha sonra gələn qonaqları salamladı,gəldikləri üçün təşəkkürünü bildirdi daha sonra illərdir erməni tapdağı altında olan torpaqlarımızdan,igidlərimizdən və azad olunan torpaqların tezliklə abadlaşdırılacağından söz açdı.

Daha sonra sizə qonaqlarımızdan biri olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gözəl nitqindən,dediyi sözlərindən,sevincimizə ən az bizim qədər sevinməsindən çıxışından danışım.

Türkiyə Respunlikası müharibə başlayan andan bizim yanımızda olduğu üçün o,hər şeyin dərinliyini yaxşı bilirdi.O,dəvət üçün təşəkkürünü bildirdikdən sonra dahi şair Bəxtiyar Vəhabzadənin “Torpaqdan pay olmaz”şeirindən bir bənd dedi:

-Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq

Qanla möhürləyib, zorla alarlar.

İsa bulağının zümzüməsini,

Cabbarın, Seyidin, Xanın səsini,

Dalğalı Qarabağ şikəstəsini,

Babək türbəsini necə pay verim?

Necə gözəl misralardır…Hardan sənin oldu bizim Qarabağ?

Və bizim zəfərimizi təbrik edərək müharibə dönəmində olan hadisələrdən,Gəncə terrorundan,Bərdə terrorundan,atasız-anasız qalan uşaqlardan….və daha nələr…Biz bu müharibə dönəmində nələr görmədikki?!

“Qarabağ şikəstəsini oxuyan nəfəslər daha da yüksələcək”- deyərək qonağımız -

“Arazı ayırdılar,

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın.”

-misralarını səsləndirdi.Qanı bir ,canı bir olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı unudularmı?Yaddaşlardan silinərmi?Əlbəttə ki,yox!O bu çıxışı ilə

Hamını heyrətə saldı,hamını duyğulandırdı.

Ən sonda .əhidlərimizə rəhmət,qazilərimizə şəfa diləyərək çıxışını başa vurdu.Hər kəs onu ayaqda alqışladı.

Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı,Türkiyə Silahlı Qüvvələri də paradda iştirak edirdi.Bu isə bir dostluq,qardaşlıq mesajıdır.Və 44 günlük müharibənin “Zəfər paradı”başlayır.

Azərbaycan Silahlı qüvvələri,bayrağı,daha sonra Türkiyə Silahlı Qüvvələri,düşmənin qorxduğu Xüsusi Təyinatlı Qüvvələr tribuna önündən keçdilər.Hər kəsi göz yaşları içində qoyan igid qazilərimiz tribuna önündən keçirlər.Və hər kəs yenə onları ayaqda alqışlayır.Onların tribuna önündən keçəndə necə sevincli olduqlarını gzölərindən hiss etmək olurdu.Onlar canlarını verməyə hazır idilər,yetər ki torpaqlarımız azad olsun. Düzdür,onlar cəbhədə çox çətinliklər çəkdilər,psixoloji narahar=tlıqlar keçirdilər,hər-hansısa nahiyyəsindən xəsarət adlılar.Amma bütün bunlar onların əzmini,qələbə istəyini yarıda qoymadı.Bu onların yalnızca baxışından bəlli idi.Hələ sizə onların düşmənə göz dağı verən qənimətlər əldə etməsini,avtomobillərini ələ keçirməklərini demirəm…Bu avtomobil nömrələri ilə QARABAĞ AZƏRBAYCANDIR! Yazılan kompazisiya hər bir izləyicini heyrət içərisində qoydu.

Arxa fonnda verilən mars adama qürur hissi verirdi.Axı həqiqətəndə əsgərlərimiz irəli getdilər.Hələ onlardan alınan işlək tankları demirəm..Ən sonda göstərilən helikopterlər,o pilotların qorxmazlığı insanların üzündə gülüş əmələ gətirirdi.Və o helikopterlərdən asılmış hər 2 dövlıtin bayrağı insane yenilməzlik hissi verir.Ən sonda səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsviri göründü.”

“Haqqın yolundadır Azərbaycanım! Vətənim də bu yoldan geri dönməyəcəkdir! Şuşa qalasına asılan bayraq əsrlər ötsə də,enməyəcəkdir!”-bu cümlələri Abdulla Qurbani söyləyərək “Dəmir yumruq”əməliyyatının-44 günlük Vətən müharibəsiin “Zəfər paradı”na son qoyuldu.

Şəhid Xudayar Yusifzadənin söylədiyi kimi-”Dastana döndü”.Doğrudan da bu müharibə,bu parad dillərə düşdü,dastana döndü.

Xudayar Yusifzadənin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə Allahdan şəfa diləyirəm.

Və ən sonda Türkiyə Prezidentinə,Azərbaycan Prezidentinə,Azərbaycan Ordusuna,təşəkkür edirəm.Bizə bu sevinci yaşatdıqları üçün..

Azərbaycanı tam vahid halda birləşdirib,Azadlıq meydanında yenidən “Zəfər paradı”keçirərik İnşallah!

 

Mustafayeva Elvira 10A sinfi 280 nömrəli məktəb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi