Qarabağ Azərbaycandır!

 

Vətən müharibəsi mövzusunda şagird təqdimatlarımız və inşa müsabiqələrimiz davam edir. Qələbə əzmiylə yaşayan xalqımız kiçikdən böyüyədək ürəyində illərdir saxladığı Qarabağ sevgisini ifadə etməyə çalışır. Şagirdlərimizin Vətən sevgisi bu sətirlərdə nə qədər təbii və səmimi səslənir.

Qarabağ Azərbaycandır. Azərbaycan Vətənimizdir!

 

 

“Şuşa əməliyyatı-musiqi beşiyinin azad olunması”

 

Yazmaq istəyirdim.. Beynimdə sözlər bir-birinə qarışır, cümlələrə çevrilə bilmir, fikirlərimi ifadə etməkdə çətinlik çəkirdim. Axı mənə nə olmuşdu? Mən ki həmişə hekayə, inşa yazmışam. Bəs nə idi qəlbimi çuğlayan, ürəyimi döyündürən bu hiss? Bu sevincə bürünmüş qürur hissi idi . Mən qürur içində idim. Axı mən azad Şuşadan yazacaqdım . Yox, bu xəyal deyil, bu bir gerçəkdir. Özümü ələ alıb azad Şuşa haqqında yazmaq istəyirəm .

Azərbaycan musiqisinin məbədi və beşiyi hesab olunan füsunkar Şuşa şəhəri 1750-ci ildə Qarabağ xanlığının ilk xanı tərəfindən qısa bir müddət ərzində salınmış və onun şərəfinə Pənahabad adlandırılmışdır . Lakin daha sonralar şəhərin yaxınlığında yerləşən “Şuşakəndin” adı ilə Şuşa adlanmağa başlanmışdır. Havasının təmizliyinə ,saflığına və müalicəvi xüsusiyyətlərinə görə kurort şəhərciyi olan Şuşa gözəlliyi ilə təkcə Azərbaycanda deyil , onun hüdudlarından kənarda da məşhur idi.

Şuşa dağlarında elə möcüzəvi bir çiçək bitir ki , o çiçəyə Şuşadan başqa heç bir yerdə təsadüf olunmur. Təbiətin yalnız Şuşa torpağında yaratdığı bu möcüzə Xarıbülbül adlanır və formasına görə çiçəyin

şirəsini çəkən arını görüb bağrı yarılan bülbülü xatırladır. Şuşa dahi yetişdirmələrin diyarıdır. Biz şuşalı şairlər ,rəssamlar , bəstəkarlar tanıyırıq. Bunlardan məşhur xanəndə Xan Şuşinski bu torpağın yetişdirməsidir. Məşhur şairə Xurşidbanu Natəvan, Qasım bəy Zakir , Mir Möhsün Nəvvab, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov Şuşa torpağının yetişdirdiyi dühalardir. Azərbaycan musiqisinin əvəzolunmaz diyarı olan Şuşanı Qafqaz konservatoriyası da adlandırırdılar. Dahi şairimiz Səməd Vuğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri şuşalıdır. Bizim qədim tarixə malik olan muğam sənətimiz Şuşada xüsusi nəfəs kəsb edib. Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmış, ədəbiyyatının ,musiqisinin və arxitekturasının çiçəklənmə dövrünü yaşamışdır. Şuşa dediyimiz kimi musiqinin beşiyi hesab olunur və Şuşanın görkəmli nümayəndələri vardır.

Bunlardan ən tanınmışı, ən məşhuru Azərbaycan da peşəkar musiqinin banisi dahi Üzeyir Hacıbəylidir. O,Şuşanın dünya şöhrətli yetirmələrindən ən birincisidir. Üzeyir Hacıbəyli Azerbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı istedadlı jurnalist, görkəmli dramaturq, pedaqoq , musiqişünas kimi də tarixdə ad qoyub. Şuşada xanəndəlik sənəti yüksək səviyyədə inkişaf etmişdi . Bu səbəbdən də orada gözəl tar, kamança, qarmon çalanlar da yetişmişdi.

Bu musiqiçilərdən böyük Tarzən Sadıqcan , Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlardır. Azərbaycanın bir çox görkəmli bəstəkarları məhz Şuşadandir.

Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov , Niyazi , Soltan Hacıbəyov, Zakir Bağırov və bir başqaları

gənclik illərini Şuşada- “Qız qayası” da ,” Üçmıx” da , “Çanaqqla” da keçirmişlər .

Azərbaycan musiqi sənətinin tədqiqatçısı görkəmli musiqişünas Şuşada doğulmuşdur. Şuşanın nadir

incilərindən biridə Mehdi Məmmədov olmuşdur .

Şuşa şəhəri Azərbaycanın mədəni inkişafına böyük töhfələr vermiş və bizim tanınmış şəhərlərimizdən biri olmuşdur . Lakin erməni vandalları 1992-ci il mayın 8-dən 9 -a keçən gecə Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat həyata keçirilməyə başlanılmışdı. Şuşa üzərinə hücum əməliyyatının məxfi adı

<> adlandırılmışdır. Doğurdan da şəhər işğal olunduqdan sonra öz gözəlliyini itirmişdi.

Düşmən deməyə belə dilim gəlməyən ermənilər, sanki Şuşaya işgəncə verərək,onun füsunkarlığını korlamışdılar. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı,

xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onlar həm Şuşanın işğalını izləyir həmdə əsgərlərinə göstəriş verirdilər.

Bu qeyri bərabər savaşda Azərbaycan əsgərləri öz müqavimətlərini müvəqqəti olsa da qoruya bilmişdilər. Şuşaya daxil olmaq istəyən 422 nömrəli tankı vurmağa nail olmuşdular. Tankın komandiri Qaqik Avşaryan sürücü- mexanik Aşot Avenesyan ilk və son atəşdən maşınının kabinəsindəcə ölmüşdülər. Mayın 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan erməni əsgərləri öz qələbələrini bayram etməyə başladılar .Lakin bu qələbə onlar üçün elə də asan olmamışdı. 500 Azərbaycan əsgəri sayca üstün olan 1800 əsgərdən ibarət olan erməni dəstələrinə müqavimət göstərmişdilər. 10 saatdan çox davam edən bu döyüşdə 1860 azərbaycanlı yaralandı ,480-i qəhrəmanlıqla həlak oldu . 22 min insan isə öz doğma yurdundan didərgin düşdü. Şuşa döyüşündə 68 soydaşımız əsir götürülmüşdür və onların taleyindən indiyə kimi heç bir məlumat yoxdur .

Lakin Ali Baş Komandanımızın yeritdiyi doğru siyasət nəticəsində 28 illik həsrətə son qoyuldu. Şuşa uğrunda gedən döyüşlər bizə heç də asan başa gəlmədi. Ümumiyyətlə bütün torpaqlarımızın alınması şəhidlərimizin qanı, canı bahasına əldə olundu.

8 Noyabr 2020 -ci il Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. İllərin Şuşa həsrəti qüdrətli Azərbaycan ordusu sayəsində sona çatdı . Şuşa uğrunda gedən döyüşlər böyük hərflərlə hərb tarixinə həkk olundu.

Məşhur hərbi blogger yazır:” Şuşa faktiki olaraq texnikasız və dronsuz əlbəyaxa döyüş ilə alındı” ..

Fransanın “Lemonde” qəzeti yazırdı: “ Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır. Özü də avtomat və ya karabin yox tapança güllələrinin yaralarıdır.”

Bu o deməkdir ki , Şuşa şəhəri birbaşa təmas döyüşündə əlbəyaxa döyüşlərdə azad olundu.

Xüsusi təyinatlılar Şuşa şəhərinə Daşaltı kəndi və Qəribli kəndi tərəfindəki meşəlikdən daxil oldular.

Düşəmənin dörd postunu məhv etdikdən sonra köhnə qalanı, türməni ələ keçirdilər. Şəhərə daxil olmuş

Xüsusi təyinatlılar iki sutka döyüşüblər. Noyabrın 7 -də şəhər düşməndən tam təmizlənib. Düşmənin bir neçə əks hücum cəhdi nəticə verməyib.

Rusiya mediası yazır: “ Belə döyüş ,dövlət ,vətən sevgisi görən olubmu?. Demək çox çətindir. Azərbaycan əsgərləri dağa yuxarı ,şəhidi çiynində döyüşə -döyüşə , qan- tər içində qalxırdılar. Əsgərlər nə yaralını,nə də şəhidi əldən buraxırdılar . Nəfəs almadan Şuşaya çatdılar”

Hərbi ekspert Aleksey Arestoviç əlavə edib: “Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə sursatları üstündə daşıya -daşıya , pis hava şəraitində dağları yararaq qaytardı. Artilleriyasız ,tanksız şəhəri aldılar . “

Bəli, bu gün mən qürur hissi keçirirəm və fəxr edirəm ki, belə mərd, qəhrəman xalqın övladıyam.

Azərbaycan övladıyam!. Qürurluyam, şanslıyam, dünyaya meydan oxuyan millətimin bir parçasıyam.

Bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimiz ,onların valideynləri , qazilərimizin qarşısında hörmət və ehtiramla baş əyirəm . Ali Baş Komandanımızın dünyaya meydan oxuyan siyasəti ilə qürur duyur və ona sonsuz təşəkkürlərimi bildirirəm .

Şəhidlərimiz, sizi heç vaxt unutmayacağıq. Gedən sizin cisminizdir , ruhunuz isə daima bizimlədir. Şəhidlər ölmür,onlar ölümləri ilə əbədi həyat qazanırlar . Azadlıq ölümsüz, qansız əldə olunmur. Bu məqamda mərhum şairimiz B.Vahabzadənin misraları yadıma düşür :

Azadlıq verilmir, alınır, dayan, Onun elçisidir,ölüm ,qan- qada Ölümə , cəfaya hazır olmayan Millət hazır deyil azadliğa da.

 

Bir millət olaraq bütün dünyaya sübut etdik ki, vətənimizin azadlığı uğrunda ölümə də hazırıq.

Ali Baş Komandanımız Şuşanın azad olunmasını elan edərəkən öz çıxışında belə dedi: “ Şuşa , sən azadsan, biz səni dirçəldəcəyik.”

Möhtərəm prezidentimiz, biz sizə və sizin siyasətinizə inanırıq ,güvənirik . İnanırıq ki,

Azərbaycanımız, Şuşamız,Qarabağımız daha da çiçəklənəcək , xalqımız rifah dolu günlər yaşayacaq. Bu

çətin və şərəfli yolda sizə uğurlar diləyir və Azərbaycanın gələcək vətəndaşı kimi həmişə vətənimin

keşiyində olacağıma söz verirəm.

Yaşa , mənim şanlı Azərbaycanım , mənim azad Şuşam, Qarabağım yaşa!

 

Suraxanı rayonu M.Mehdiyev adına 280 saylı orda məktəbin 10 a sinifinin şagirdi : Abdullayeva Aynur

Sinifrəhbəri: Məmmədova Svetlana.

Redaktə et

Şəkil/Video əlavə et

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi