İLHAM ƏLİYEV-UĞURLU DİPLOMATİYA

"Qarabağ Azərbaycandır" silsilə tədbirlərimiz davam edir. Inşa müsabiqəmizin qalibləri sırasında 9a sinif şagirdi Cəbrayılzadə Fatimənin "Ilham Əliyev - uğurlu diplomatiya." adlı inşası xüsusilə fərqlənib.

İLHAM ƏLİYEV-UĞURLU DİPLOMATİYA

Mərhum prezidentimiz Heydər Əlirza oğlu Əliyevin vəfatından sonra xalq tərəfindən təkrar-təkrar prezidentliyə seçilən İlham Əliyevin uğurlu xarici və daxili diplomatiyası,dünya dövlətləri ilə iqtisadi-siyasi və mədəni əlaqələri,hər şeydən əvvəl ordu qurulucuğu diplomatiyası,ölkə daxilindəki iqtisadi,siyasi,mədəni sahədəki fəaliyyəti bu günkü qələbəmizin əsas təməli uğurlu sonluğu oldu.

Azərbaycanın həm qardaş ölkələrlə,həm də dünya ölkələri ilə diplomatik əlaqələr, dəfələrlə müxtəlif tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi,Azərbaycandan kənardan öz səfirlərini yaratması,diaspor təşkilatlarının yaranması,əlbəttə ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda böyük iş görülmüş oldu.Bunların nəticəsində Azərbaycanı bütün dünya xalqları bir millət kimi tanıdı.Nümayəndəliklərin və diaspor təşkilatrın Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətin tarixən yəni Azərbaycan torpaqlarında qonaq kimi yerləşdiriləndən bu günədək millətimizin başına açdıqları hər cür terror aktını,vəhşilikləri,genosidliklərini sənədli filmlər,bədii əsərlər,videoçarxlar vasitəsi ilə çatdırmalar nəticəsində artıq dünya xalqlarını inandırmağa çalışdılar.Nəhayət bütün dünya Azərbaycanı işğalçı xalq yox,işğala məruz qalan bir xalq kimj tanıdı.Bu 44 gündə bütün dünyanın gözü Azərbaycana dikildi,onun qələbələrini alqışladı,ona dəsdək olmağa çalışdı.

2003-ildən ölkəyə başçı və orduya Ali baş komandan təyin ediləndən sonra İlham Əliyev həm xalqın maddi və mənəvi rifah halını yaxşılaşdırdı,həm ölkənin isqtisadiyyatını yüksəltdi,şəhərdə abadlaşma işlərini genişləndirdi,məktəbləri yenidən təmir etdirib yeni müasir avadanlıqlarla təchiz olunmasına nail oldu.Yeni-yeni iş sahələri açmaqla işsizliyin qarşısını aldı.Ölkədə korrupsiyaya son qoyuldu və s. Bununla bərabər ordunu gücləndirmək üçün orduya çəkilən xərcləri artırdı.Azərbaycanın bu gün dünyaya meydan oxuyacaq ən müasir silahlarla,texnika ilə təmin olunmuş müzəffər ordusunu yaratdı.Ordunun sovet dönəmində tikilmiş kazarmalarını sökdürüb müasir standartlara cavab verən binalar tikdirdi.Orduya çəkilən xərcləri artırmaqla əsgərlərin hərtərəfli qayğı ilə təmin olunmasına nail oldu.Onun ordu sahəsindəki diplomatiyası daha güclü oldu.Əsgərlərimiz təlim keçmək üçün Pakistana,Qazaxıstana,Türkiyəyə,Talış dağlarının zirvələrinə göndərildi ki,hər şəraitdə döyüşməyi,susuzluğa,aclığa dözməyi,çətin anda düzgün manevr etməyi,mühasirədən çıxmağı bacarmaq,daim irəli getməyi bacarmaq,bir sözlə döyüş texnikasına- döyüş strategiyasına hərtərəfli yiyələnməyi öyrətdilər.

Hamıdan gizli bir müharibəyə hazırlaşmaq,hər il ölkənin gəlirinin çox hissəsini ağır texnikaya verib vətənə gətizdirmək,ən bahalı uğur gətirə biləcək döyüş texnikası Azərbaycan ordusu üçün almaq,pilotsuz uçuş aparatlarını istehsal edən zavodu Azərbaycanda təşkil etmək,müasir texnika ilə işləməyi bacaran ali baş təhsilli peşəkar mütəxəssislər hazırlığına nail olmaq,əlbəttə ki, İlham Əliyevin ordu sahəsindəki diplimatiyasının ən mükəmməl nəticəsidir.Müzəffər Ali Baş Komandan kimi bu gün dünyaya tanınması onun düzgün və hərtərəfli diplimatiyasının təntənəsidir.

Bu 17 ildə torpaqların işğaldan azad olunmasına məhəl qoymadığını əldə rəhbər tutaraq Azərbaycandakı digər partiyalar onun əleyhinə xalqı qızışdırıb mitinqlər təşkil eləsələr də gözəl siyasətçi,mükəmməl diplomat olan İlham Əliyev dözdü,ölçüb-biçdi,xalqın və ordunun tam qələbə çalmağa,müharibədə duruş gətirib uğur qazanmağa hazır olacaqları günü gözlədi.

Özümüzün hümanitar yardıma bu pandemiya dövrü İlham Əliyevin qərarı ilə covid-19-a qarşı mübarizədə 30-dan çox ölkəyə hümanitar yardım edildi,müharibədən zərər çəkən ölkərə köməyimiz dəydi.

Artıq dünyanın sülhsevər qüvvələri,bütün dünya azərbaycanlıları,qardaş xalqların o cümlədən Tükiyə,Pakistan və Ukraniyanın mənəvi dəstəyi bizimlə oldu.

Artıq məqam yetişdi,qalib gəlmək üçün hər cür şərait yarandı.Artıq qalib olmaq əzmi həm xaricdə həm də,daxildə yetişdi.Bütün dünyada qüvvələr nisbəti xalqımızın xeyrinə dəyişdi.Türkiyə və Pakistan kimi dəfələrlə döyüşdən müzəffər çıxmış dövlətlər bizi dəstəkləməyə hazır olduğunu bildirdilər.

Daxildə isə artıq 30 illik bir dövrdə xalq artıq hər saat,hər dəqiqə erməni təxribatının acı nəticələrinə sakitcə baxmaqdan cana doymuşdu.Xalqın hikkəsi elə şişmişdi ki,artıq partlamaq dərəcəsində idi.Tovuz hadisələri günahsız dinc əhalinin qətlə yetirilməsi və s.Xalqın ayağa qalxmasına səbəb oldu.Hamı bu vətən müharibəsini ürəkdən gözləyirmiş kimi ayağa qalxdı.Bu 44 gündə İlham Əliyev yatmadı,dincəlmədi,xalqı və ordunu dinc əhaliyə,infranstraktura,maddi mənəvi abidələrə qarşı yox,ermənistanın işğalçı mövqeyinə livandan,suriyadan muzdla tutulmuş terror birləşmələrinə qarşı yönəldi.Özü həm ekran qarşısında oturub xarici jurnalistlərin cavablarına çaşmadan,aramla,səbrlə,dözərək cavab verdi.Ermənistanın terrorçu siyasətini,Azərbaycan xalqının ədalətlə savaşının,BMT-nin yerinə yetirilməmiş qərarlarını həyata keçirdiklərini isbat edə bildi.Xalq İlham Əliyevin Diplomatiyasının gücü ilə döyüş meydanında özünü göstərdi,Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olması sübuta yetdi.

VƏTƏN İŞĞALDAN AZAD OLUNDU!

280 Nömrəli məktəbin 9A sinif şagirdi Cəbrayılzadə Fatimə. Sinfi rəhbəri:Cəbrayılova Nuriyyə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi