Növbəti Şahmat turniri

24.02.2020 -cı il tarixdə Xocalı facisinin 28-ci il dönümü münasibətilə ,məktəbin direktoru Nizami Niftiyev, tərbiyə işləri üzrə d/m Abdullayeva Şəhla ,məktəbin müəllimləri Əliəsgərova İradə,Bağıvov Vidadi və Müzəfərli Şöhrətin təşkilatçılığı ilə növbəti şahmat turniri keçirildi. Turnir iki mərhələli, II-IV siniflər və V-VIII siniflər arasında keçirildi.Turnir keçirilərkən məktəbin təlim tərbiyə işləri üzrə d/m Əsədov Nəbi və dil-ədəbiyyat müəllimi Məmmədova Billur iştirak etmişlər.Turnirə başlayarkən öncə püşkatma keçirilmiş ,rəqiblər müəyyənləşdirilmişdir.Sonda I yerə 7"B" sinif şagirdi İsmayıl II yerə Səxavət ,III yerə isə 6"D"sinif şagirdi Hacıhüseyn layiq görülmüşdür.Sonda qaliblərlə xatirə şəkli çəkilmiş və turnir iştirakçılarına təşəkkür edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi