Bayramov Rafiq

Rafiq müəllimlə həmsöhbət olmaq çox maraqlıdır.Fəlsəfi düşüncə tərzinə, gözəl yumor hissinə malik olan Rafiq müəllim ,həm də gözəl fotoqrafdır.Onun çəkdiyi şəkillər Azərbaycan təbiətinin gözəlliklərini  tərənnüm edir.Rafiq müəllim uzun illər “ Bizim mövqe ” qəzetinin redaktoru işləmişdir.Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Mübariz olaq "adlı kitabın ön söz müəllifidir. O həmdə gözəl bağbandır.Əkdiyi becərdiyi dekor və bağça bitkiləri göz oxşayır.Gənc müəllimlərə məsləhəti ilə dəstək olan , köməyini heç kimdən əsirgəməyən Rafiq müəllim  hamının sevimlisidir.Nəzərinizə Rafiq müəllimin aforizimlərindən bir neçəsini çatdıraq.

*İnamsız və sevgisiz ürək sinədə, pas atmış dəmir parçasından başqa bir şey deyil.

*Səni başa düşməyən adamlarla mübahisə etmə,çünki ucuzlaşarsan.

*İnsan üçün ən böyük dərd tənhalıqdır.Tənhalıqdan da böyük dərd səni anlamayanların arasında olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi